Azəri futbolu
azəri futbolu

Xəbərlər

Ən Son Futbol Xəbərləri Burada!
Mustafa DƏnizli Xəzər-Lənkəranda!
Murad EYnizadə tarih 30.11.2013, 13:49 (UTC)
 Məşhur türk məşqçi Mustafa DƏnizli Xəzər-Lənkəranda baş məşqçilik edəcək.
 

Sağol, TOŞAK!
Murad Eynizadə (Mənbə: sportal.az) tarih 23.11.2013, 15:20 (UTC)
 Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran" Toşakın istefasından sonra baş məşqçi axtarışına çıxıb.

Sportal.az-ın əldə etdiyi məlumata görə, artıq bu baş məşqçinin adı dəqiqləşmək üzrədir. Belə ki, komandanı bir zamanlar "Kasımpaşa"nı çalışdırmış Metin Diyadin Lənkərana gələ bilər. Bu barədə Diyadin Sportal.az-a açıqlamasında bunları dilə gətirib:

"Xəzər Lənkəran"ı çalışdırmaq təklif olunub. Mənim də bir neçə şərtlərim var. Əgər razılaşsaq, niyə də işləməyim"
 

Berti Foqts
Murad Eynizadə (Mənbə: apasport.az) tarih 20.11.2013, 18:48 (UTC)
 Bişkekdən birbaşa vətəninə yollanan Berti Foqts bizləri intizarda saxlamaqda davam edir. AFFA ilə müqaviləsinin müddəti başa çatan almaniyalının baş məşqçi postunda işini davam etdirəcəyi bəlli deyil. Ola bilər ki, hadisələrin gələcək inkişafından onun özü də xəbərsizdir və bizim kimi barəsində çıxarılacaq hökmü gözləyir. Elə ona görə də, Qırğızıstanda jurnalistlərimizə sevgisini etiraf edərək, “hələlik sizinlə vidalaşıram” söyləyib...

Foqts “qoca qurd” olsa da, indiki halda, taleyi öz əlində deyil. Bu üzdən aqibətindən bixəbər olması mümkündür. İnandırıcıdırmı? Bax, bu yöndə dəqiq bir söz söyləməkdə çətinlik çəkirəm: yetərincə çətin “tapmacadır”.

Dəqiq olan iki şey var: Foqts qalmaq istəyir və son vaxtlar nala-mıxa vurmaqla məşğuldur. Onun yığmamızın “sükanı arxası”nda işini davam etdirməkdə maraqlı olması başadüşüləndir. Burada söz sahibdir, yaxşı maaşı, əla şəraiti, sərbəst qrafiki var. Ahıl yaşda hər kəsin arzulayacağı bir işdir.

Nala-mıxa vurmağa gəlincə, adamın özünü qəribə apardığı ortadadır. Gah “belə oyunlar bizə çox lazımdır, gələn il Avro-2016-nın seçmə mərhələsi başlayır ” söyləyib, qalacağı dəqiqləşmiş kimi danışır, gah da “qalmağımı, yoxsa getməyimi istəyirsiniz” soruşub, hər kəsi təəccübləndirir.

Siz onun Qırğızıstanla heç-heçədən sonra “yaxşı məşqçi heç vaxt yoldaşlıq görüşlərində nəticəyə oynamaz” deməsinə aldanmayın. O, məsələyə bu cür yanaşanlardan deyil. Lazım olsaydı, istər estonlarla, istərsə də qırğızlarla görüşlərdə sırf nəticəyə köklənərdi. Bir halda ki, futbolçular da onun qalmasını arzulayırlar, onda 100 min dollar mükafat alacaqlarmış kimi oynayardılar, dəridən-qabıqdan çıxardılar. Ancaq biz ilin son oyunlarında bunu görmədik. Demək, Foqts Estoniya və Qırğızıstanla görüşlərdə qeydə alınan nəticələrin onun barəsində çıxarılacaq hökmə təsir etməyəcəyini bilir.

Yalnız Maksim Medvedevi dayaq yarımmüdafiəçisi qismində oynadıb və bunu “eksperiment” adlandırması da gözdən pərdə asmaqdan başqa bir şey deyil. Medvedev super-istedad deyil ki, ora-bura çəkəsən. Eksperiment dediyin milliyə yeni 4-5 oyunçu çağırıb, onları sınamaqdır, İltər Taşkınla iş bitmir. Bu futbolçunun milliyə layiq olmamağı da öz yerində.

Əslində, Foqtsun nəyi bilib, nəyi bilmədiyi barədə baş sındırmağa da gərək görmürəm. İndiki vəziyyətdə önəmli olan bizim, futbol ictimaiyyətinin, azarkeşlərin nə istəməsidir. Bura isə hər şey aydındır. Əksəriyyətin mövqeyi bu cürdür: Foqts getməlidir!

Onun 6 il ərzində millimizə heç bir fayda vermədiyini deyib, əməyinə kölgə salmaq istəmirəm. Foqtsun klubda işləyən həmkarlarına və jurnalistlərə hörmət etməməyi, milliləşdirmənin ifrat dərəcəyə çatdırılması, futbol fəlsəfəsinə “əl gəzdirməməyi”, şəxsi əlaqələrindən istifadə edib, bəzi potensiallı futbolçularımızı Almaniya klublarına transferində yardımçı olmamağı, vaxtının böyük hissəsini vətənində keçirtməsi kimi qüsurları öz yerində, ancaq müsbət işləri də olub.

Lakin indi onları sadalamağın deyil, Foqtsa hər şeyə görə “çox sağ ol” deyib, yola salmağın vaxtıdır. Onu dəfələrlə istefaya səsləyən böyük kütlənin, insanların istəyi nəzərə alınmalıdır. Xalqa məxsus milli komandaya xalqımızın içindən birinin başçılıq etmək zamanının yetişdiyi qənaətindəyəm. Bir çoxları kimi, mənim namizədim Qurban Qurbanovdur. Onun bu posta ən layiqli namizəd olduğunu düşünürəm.

İnsanlar yenilik və sözün əsl mənasında milli komanda istəyir. Levinlərin, subaşiçlərin, Foqtsun dilindən anladığı üçün heyətə cəlb etdiyi özkaraların, budakların olmayacağı bir komanda. Özü də, başında da içimizdən birinin olacağı komanda.

Foqtsla bir daha yığmamızın baş məşqçisi qismində üz-üzə gəlməmək ümidi ilə...

Əlvida, Berti! Hələlik yox, həmişəlik!
 

Adrian Pit əsas komanda ilə?
Murad Eynizadə tarih 20.11.2013, 18:47 (UTC)
 Bu gün mətbuatda yayılan xəbərlərdən də biri də "Xəzər Lənkəran"ın əvəzedici heyətində çıxış edən Adrian Pitin əsas komanda ilə məşq etməsi olub.

Bu məsələyə futbolçunun özü
azerbaycanfootball.tr.gg-a açqlamasında aydınlq gətirib:
"Xeyr, belə bir şey yoxdur, bu gün mən səhər saatlarında əvəzedici komanda ilə məşqə çıxmışam. Sadəcə əsas heyətin məşqini kənardan izləmişəm"
 

Xəzər-Lənkəranı və İnteri gözləyən təhlükə
Murad Eynizadə tarih 27.09.2013, 05:02 (UTC)
 Bu gün keçiriləcək "Xəzər Lənkəran" - "İnter" matçından öncə Lənkərana yağış yağıb. Hal-hazırda kəsən yağışın günorta yenidən yağma ehtimalı var. Hər halda sinoptiklərin verdiyi proqnoza inansaq, Cənub şəhərində yenidən yağış yağacaq və bu "Fırtınalar meydanı"nın o qədər də ideal olmayan ot örtüyünü daha da pis vəziyyətə salacaq. Yağışın intensiv olacağı halda matçın təxirə salınması da istisna edilmir. Qeyd edək ki, qarşılaşma saat 19:00-da keçiriləcək.
 

Xəzər-Lənkəran qalib gəldi!
Murad Eynizadə tarih 22.09.2013, 16:00 (UTC)
 Axır ki, Xəzər-Lənkəran qayıdır. AZALı səfərdə 1-3 məğlub edən komandanın qollarını Deyvid Sakkoni(1) və Nildo(2) vurdu!
 

<-Geri

 1  2  3  4  5  6  7  8 ... 14Devam -> 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol