Azəri futbolu
azəri futbolu

Xəbərlər

Ən Son Futbol Xəbərləri Burada!
Fransızlar "Land of fire Azerbaijan" formasında
Murad Eynizadə (Mənbə: futbolpress.az) tarih 05.08.2013, 09:11 (UTC)
 Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Lans” klubu ötən gün Fransa ikinci liqasının yeni mövsümündə ilk oyununa çıxıb. Yüksək liqaya vəsiqə uğrunda yarışan “Lans” öz meydanında “Bastia”nı qəbul edib və matçın 51-ci dəqiqəsində Lyuboyanın penaltidən vurduğu qolla qələbə qazanıb. “Lans” klubu yeni mövsümdən üzərində “Land of fire Azerbaijan” sözləri yazılan forma geyinəcək. Fransa təmsilçisi Madrid “Atletiko”sundan sonra “Land of fire Azerbaijan” forması geyinən ikinci Avropa klubu olub. - See more at: http://futbolpress.az/v2/news-details/30668/#sthash.qcxwPQEQ.dpuf
 

Nikola Qliqorov: "Xəzər Lənkəran" fiziki cəhətdən zəifdir"
Murad Eynizadə (Mənbə: sportal.az) tarih 05.08.2013, 04:50 (UTC)
 1:1 hesabı bizim üçün yaxşı nəticədir"

“Oyun çətin oldu. Psixoloji cəhətdən hələ özümüzə gələ bilməmişik. İnanıram ki, bundan sonra toparlanmağa başlayacağıq".

Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Nikola Qliqorov deyib. Qliqorov nəticədən mənmun qaldığını da vurğulayıb:

"Xəzər Lənkəran" fiziki cəhətdən komanda zəifdir. Fiziki problemlərimiz var. İnşallah bundan sonra daha yaxşı olacaq. Belə vəziyyətdə 1:1 yaxşı nəticədir. Qarşıda bizi daha çətin oyunlar gözləyir”.
 

Gülünc iddia! “Neftçi” Messini almaq istəyir!
Murad Eynizadə (Mənbə: fanat.az) tarih 05.08.2013, 04:44 (UTC)
 Vyetnamın thethao.vietnamnet.vn saytı gülün iddia ilə çıxış edib. Cənub-Şərqi Asiya ölkəsindən olan həmkarlarımız “Neftçi”nin Lionel Messini transfer etmək istəyir.

İddiaya görə, Messinin heyətində görmək istəyən “Monako”, PSJ, “Mançester Siti”, “Çelsi” kimi klublar onun üçün tələb olunan 150 milyon avronu ödəyə bilmir. Amma “Neftçi” bu məbləği ödəməyə hazırdı. Üstəlik Azərbaycan çempionu argentinalıya illik 30 milyon avro maaş təklif edir.

Xəbərdə həmçinin Sadıq Sadıqov Azərbaycanın ən varlı 3 adamından biri kimi təqdim olunub. Guya klub prezidentinin 6 milyard dollar sərvəti var. İddia olunub ki, bu transferi məhz Sadıqov özü istəyir.

Təbii ki, vyetnamlılar zarafat ediblər. Sadəcə maraqlıdı, yumor hissləri yaxşı olan asiyalıların ağlına dünyadakı onminlərlə klubdan niyə məhz “Neftçi” gəlib?
 

Con Toşak: "Komanda sanki xəstədir"
Murad Eynizadə (Mənbə: qol.az) tarih 05.08.2013, 04:36 (UTC)
 "Komandamız sanki xəstədir. Çalışıb, həmin xəstəliyi aradan qaldırmaq lazımdır. Heç nədən qol buraxdıq. Bu, sanki, Milad bayramı öncəsi rəqibə hədiyyə idi".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak "Sumqayıt"la oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

"Bizim də xeyli qol imkanlarımız oldu. Təəssüf ki, bunlardan yararlana bilmədik. "Sumqayıt"a hörmətlə yanaşırıq. Qarşıdakı turlarda daha güclü rəqiblərlə oyunlarımız var. Həmin görüşlərədək komandada özünə inam olmalıdır" - deyə uelsli mütəxəssis bildirib.
 

İlk tur başa çatdı!
Murad Eynizadə tarih 04.08.2013, 18:17 (UTC)
 4 avqustda Topaz Premyer Liqasının 2013/14 mövsümünün ilk turuna yekun vuruldu. İlk turda yeni çempionatdakı:
1. İlk qolu Bakı klubu vurdu.
2. İlk qolu Mindauqas Kalonas vurdu.
3. İlk qolu Qəbələ buraxdı.
4. İlk 3 xalı qəbələ qazandı.
5. İlk məğlub olan Bakı oldu.
6. İlk darmadağını Nefçi etdi.
7. İlk bərabərliyi Sumqayıt və Xəzər.L etdi.
8. İlk dublu Viktor Mendi etdi.

İlk turdan sonra tək gözlənilməyən nəticə isə Xəzər.L ilə Sumqayıtın bərabərliyi idi.

Vaqif Cavadov və Frank Nildo yeni klublarında Azərbaycan çempionatındakı ilk qolu vurdular.
 

Mbilla Etame rəsmən “Xəzər Lənkəran”da
Murad Eynizadə (Mənbə: fanat.az) tarih 03.08.2013, 15:56 (UTC)
 “Xəzər Lənkəran” Mbilla Etamenin transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, Lənkəran klubu kamerunlu forvardla iki illik müqavilə bağlayıb.

25 yaşlı afrikalı forvard 2008-ci ildən etibarən Türkiyənin 1-ci liqasında çıxış edən “Adanaspor”un uğurları üçün çalışıb. Çıxış etdiyi ilk mövsümdə rəqib qapılarına 10 qol vurmuş Mbilla komandasının aparıcı oyunçularından birinə çevrilib. Ümumilikdə, Türkiyə təmsilçisinin heyətində 61 qola imza atmış hücumçu 2010/11 mövsümünün yekunlarına əsasən Türkiyənin 1-ci liqasının ən yaxşı bombardiri mükafatına layiq görülüb. Maraqlıdı ki, Etame 61 qoldan yalnız birini penaltidən vurub.
 

<- Geri  1  2  3  4  5  6  7  8  9 ... 14Devam -> 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol