Azəri futbolu
azəri futbolu

Xəbərlər

Ən Son Futbol Xəbərləri Burada!
Son dəqiqələrdə Orxan Sadıqlının qurtarışı olmasa idi oyunu məğlub da başa vura bilərdik
Murad Eynizadə (Mənbə: sportal.az) tarih 12.08.2013, 05:42 (UTC)
 “Oyun boyu bir neçə qol imkanımız oldu. Lakin istifadə edə bilmədik".

Sportal.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məçqçisi Con Toşak deyib. Uelsli məşqçi "Simurq"la heç-heçədən danışıb:

"Son dəqiqələrdə Orxan Sadıqlının qurtarışı olmasa idi oyunu məğlub da başa vura bilərdik”.
 

Sxadadze: "İstefa verməyim daha yaxşı olar"
Murad Eynizadə (Mənbə: qol.az) tarih 12.08.2013, 05:39 (UTC)
 “İlk hissəyə yaxşı başladıq, qol vurduq, hesabı artıra da bilərdik. 60-cı dəqiqədən sonra isə mərkəzdə boşluqlar yarandı və rəqib bundan ustalıqla istifadə edə bildi".

Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze "Qəbələ" ilə oyunda (2:3) sonar keçirilən mətbuat konfransında deyib.

Gürcüstamlı mütəxəssis komandasının oyunundan razı qalmadığını bildirib. Həmçinin o qeyd edib ki, komandada son vaxtlar baş verən uğursuzluqlara görə, rəhbərliklə danışacaq: "Oyunumuzda pərakəndəlik yarandı. Vaqif Cavadovun qolu isə son dəqiqələrdə gəldi. Rəhbərliklə görüşüb, klubdakı gələcəyim barədə danışmağı düşünürəm. İstefa verməyim daha yaxşı olar”.
 

Toşak La Liqadan onu istəyir?
Murad Eynizadə (Mənbə: fanat.az) tarih 10.08.2013, 12:52 (UTC)
 “Saraqosa”nın futbolçusu Antonio Benites Azərbaycandan təklif alıb. Fanat.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Məlumatda deyilir ki, Apono ləqəbli futbolçuya Rusiya, Ukrayna, Braziliya, Türkiyə və Azərbaycan klublarından təkliflər var. Onun Türkiyədən “Sivasspor”un hədəfində olduğu deyilir. İspan şhəmkarlarımız Benitesin transfer qiymətini də açıqlayıb – 800 min avro. “Transfermarkt” isə bu futbolçuya 3 milyon avro qiymət qoyub.

Xatırladaq ki, dünən “Xəzər Lənkəran”ın İspaniya La Liqasından futbolçu transfer etməyə hazırlaşdığı barədə xəbərlər yayılıb. Apononun çıxış etdiyi “Saraqosa” da məhz ötən mövsüm La Liqada çıxış edib və 20-ci yeri tutaraq Sequndaya yuvarlanıb. Bəlkə Con Toşakın İspaniyadan istədiyi futbolçu məhz elə Antonio Benitesdi.

Qeyd edək ki, Apono 2011-2013-cü illərdə çıxış etdiyi “Saraqosa”da 49 oyun keçirərək 14 qol vurub. 29 yaşlı ispan yarımmüdafiəçi əvvəllər İspaniyanın “San Pedro” (2003-2004), “Marbella” (2004-2007, 84 oyun, 13 qol) və “Malaqa” (2007-2012, 120 oyun, 15 qol) klublarında forma geyinib.


 

Ayntraxt
Murad EYnizadə tarih 10.08.2013, 03:44 (UTC)
 Avropa Liqası püşkündə bəxtimizə Ayntraxt düşdü.
 

"Qarabağ" UEFA reytinqində "Nefçi"ni qabaqladı
Murad Eynizadə (Mənbə: qol.az) tarih 10.08.2013, 03:43 (UTC)
 UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, 454 klubun yer aldığı siyahıda yeddi Azərbaycan komandası var.

Klublarımızdan “Qarabağ” öndə gedir. Avroliqada son uğurlu çıxışlardan sonar Ağdam təmsilçisi 190-cı pilləyə yüksələrək "Neftçi"ni geridə qoyub. “Neftçi” isə 199-cu pillədə qərarlaşıb. “İnter” və “Bakı” isə 278-ci yerdədir.

“Xəzər Lənkəran” 301-ci, AZAL və “Simurq” isə 374-cü pillədə yer alıb.
 

Qarabağ növbəti mərhələdə
Murad Eynizadə tarih 09.08.2013, 04:52 (UTC)
 Ağdam təmsilçimiz "Qarabağ" ilk oyunda 1-0 hesabı ilə qalib gəlmişdi. Bu səfər isə 0-2 hesabı ilə qalib gəldi. Qolları Çunbiniyo və yenə Reynaldo vurdu. Komandamız ini pley-off-dadır.
 

<- Geri  1  2  3  4  5  6  7  8 ... 14Devam -> 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol