Azəri futbolu
azəri futbolu

Xəbərlər

Ən Son Futbol Xəbərləri Burada!
Toşak La Liqadan onu istəyir?
Murad Eynizadə (Mənbə: fanat.az) tarih 07.08.2013, 17:47 (UTC)
 “Saraqosa”nın futbolçusu Antonio Benites Azərbaycandan təklif alıb. Fanat.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Məlumatda deyilir ki, Apono ləqəbli futbolçuya Rusiya, Ukrayna, Braziliya, Türkiyə və Azərbaycan klublarından təkliflər var. Onun Türkiyədən “Sivasspor”un hədəfində olduğu deyilir. İspan şhəmkarlarımız Benitesin transfer qiymətini də açıqlayıb – 800 min avro. “Transfermarkt” isə bu futbolçuya 3 milyon avro qiymət qoyub.

Xatırladaq ki, dünən “Xəzər Lənkəran”ın İspaniya La Liqasından futbolçu transfer etməyə hazırlaşdığı barədə xəbərlər yayılıb. Apononun çıxış etdiyi “Saraqosa” da məhz ötən mövsüm La Liqada çıxış edib və 20-ci yeri tutaraq Sequndaya yuvarlanıb. Bəlkə Con Toşakın İspaniyadan istədiyi futbolçu məhz elə Antonio Benitesdi.

Qeyd edək ki, Apono 2011-2013-cü illərdə çıxış etdiyi “Saraqosa”da 49 oyun keçirərək 14 qol vurub. 29 yaşlı ispan yarımmüdafiəçi əvvəllər İspaniyanın “San Pedro” (2003-2004), “Marbella” (2004-2007, 84 oyun, 13 qol) və “Malaqa” (2007-2012, 120 oyun, 15 qol) klublarında forma geyinib.
 

8-dən 8-nə: Avropada 40-cı oyun
Murad Eynizadə (Mənbə: apasport.az) tarih 07.08.2013, 17:46 (UTC)
 Avropa Liqasının III təsnifat mərhələsinin “Gefle” ilə İsveçdəki cavab oyunu Ağdamın “Qarabağ” klubu üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, təmsilçimiz avrokuboklar tarixində özünün 40-cı matçına çıxacaq. Avqustun 8-də Sundsvallda keçiriləcək qarşılaşmayadək “Qarabağ” qitə miqyaslı turnirlərdə 39 qarşılaşma keçirib.

Əlavə vaxtın nəticələrini də nəzərə almaqla bu matçlarda 15 qələbəsi olan ağdamlılar 9 heç-heçə edib və 15 dəfə də uduzub. İlk oyundakı qələbədən sonra (1:0) mərhələ keçmək üçün heç-heçənin də yetərli olduğu üçün 10-cu, yubiley bərabərliyi də təmsilçimizi qane edir.

İndiyədək avrokuboklarda 39 qol vuran “Qarabağ” 40-cı oyununda 40-cı qolunu vura bilər. Komandamız bu müddətdə 61 top buraxıb.

39 matçdan 4-nü Kuboklar kuboku, 4-nü İntertoto kubokunda keçirən “Qarabağ” əvvəllər UEFA kuboku adlanan Avropa Liqasında 32-ci qarşılaşmasına çıxacaq. Ağdam klubu avrokuboklardakı oyun sayında Azərbaycanda yalnız “Neftçi”dən geri qalır. Bakılılar avrokuboklarda 44 oyuna çıxıb.

Yubiley matçına çıxacaq “Qarabağ” ilk oyununu 1996/97 mövsümündə keçirib. 40-cı qarşılaşmadakı kimi onda da Skandinaviya təmsilçisi ilə qarşılaşan ağdamlılar Finlandiyanın “MüPA” klubu ilə görüşüb. Lakin 17 il əvvəlki qarşılaşma indiki kimi səfərdə deyil, Bakıda baş tutub.

Ən maraqlısı isə odur ki, ilk oyun da, 40-cı matç da eyni gündə avqustun 8-də baş tutub. İlkdən düz 17 il sonra İsveçdə meydana çıxacaq.
 

“Xəzər Lənkəran” La liqadan futbolçu transfer edir
Murad Eynizadə (Mənbə: sportal.az) tarih 07.08.2013, 07:21 (UTC)
 Avroliqadakı uğursuzluğu azarkeşlərinə unutdurmaq və yubiley ilində Premyer Liqada, eləcə də ölkə kubokunda uğur qazanmağı qarşısına məqsəd qoyan “Xəzər Lənkəran” transfer çalışmalarına nəhayət ki, daha çox diqqət ayırmağa başlayıb.

Sportal.az xəbər verir ki, “Xəzər Lənkəran” klubu hazırda İspaniyanın La Liqasında çıxış edən bir futbolçu ilə danışıqlara başlayaraq tranfser bombasını partlatmaq niyyətindədir. Xəbərin gizlin saxlanılmasına çalışılsa da sonradan klub rəsmiləri tərəfindən təsdiq edildiyini də bildirək.



Qeyd edək ki, iki gündür davam edən danışıqların nəticəsi olaraq artıq ilkin razılaşma əldə olunub. Həftənin sonuna qədər yekunlaşacaq danışıqların qarşılıqlı anlaşma ilə bitəcəyi təqdirdə son bir neçə mövsümü La Liqada çıxış edən futbolçu ilə iki illik müqavilə imzalanacağı gözlənilir.
 

AFFA U-12 liqası yaradır
Murad Eynizadə (Mənbə: sportal.az) tarih 07.08.2013, 07:20 (UTC)
 2013-2014-cü il mövsümündən etibarən AFFA tərəfindən U-12 Liqası yaradılması planlaşdırılır.

Sportal.az xəbər verir ki, uşaq futbolunun inkişafı və kütləviliyin artırılması məqsədilə yaradılması nəzərdə tutulmuş bu liqaya hazırlıq və komandaların cəlb olunması məqsədilə AFFA tərəfindən Bakı və regionlar üzrə görüşlərə başlanıb. Artıq Bakı, Sumqayıt və Quba şəhərləri üzrə görüşlər keçirilib. 20-dən artıq komanda U-12 Liqasında iştirak edəcəyini təsdiqləyib. Digər regionlarda uşaq futbol məşqçiləri ilə keçirilməsi nəzərdə tutulmuş bütün görüşlərin təqvimini diqqətinizə çatdırırıq:

13.08.2013
Saat 13:00. Şəmkir Olimpiya İdman Kompleksi
Saat 17:00. Göygöl şəhər stadionu

14.08.2013
Saat 13:00. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
Saat 17:00. Qəbələ şəhər stadionu

15.08.2013
Saat 14:00. Ağsu Şəhər stadionu
Saat 17:00. Heydər Əliyev adına İmişli şəhər stadionu

16.08.2013
Saat 14:00. Cəlilabad şəhər Stadionu
Saat 17:00. Lənkəran UGİM-in stadionu
 

"Marsel"in futbolçusu "Xəzər Lənkəran"ın hədəfində
Murad Eynizadə (Mənbə: sportal.az) tarih 06.08.2013, 12:13 (UTC)
 "Makkabi"yə 0:8 hesabı ilə məğlubiyyətdən sonra "Xəzər Lənkəran" 4 futbolçunu komandadan kənarlaşdırdı. Komandanın baş məşqçisi Con Toşak bu boşluqları qış transfer pəncərəsi bağlanana qədər doldurmaq niyyətindədir.

Sportal.az-ın əldə etdiyi məlumata görə, uelsli mütəxəssis Fransanın "Marsel" klubunun müdafiəçisi Lukaş Mendeşi almaq fikrindədir. Artıq "ağ yaşıllar"ın futbolçu ilə danışıqlara başladığı deyilir.

Əldə etdiyimiz digər məlumata görə, bu futbolçuları komandaya bundan sonra "Xəzər Lənkəran"da seleksiyaçı məşqçi işləyəcək Mario Souza gətirəcək.
 

Topaz Premyer Liqası: II tur rəqəmlərin gözü ilə
Murad Eynizadə (Mənbə: qol.az) tarih 06.08.2013, 12:11 (UTC)
 Bu həftə Topaz Premyer Liqasında 2-ci turun oyunları keçiriləcək.

İki gün ərzində baş tutacaq 5 oyundan 3-ü paytaxtda, digər ikisi kənarda keçiriləcək.

Peşəkar Futbol Liqasının rəsmi internet saytı üz-üzə gələn cütlərin çempionatlar tarixindəki oyunlarının balansını təqdim edir. Balansda sonradan adını dəyişən klubların varisi olan komandaların nəticələri də əksini tapıb.






II tur

10 avqust (şənbə)

6. “Rəvan” (Bakı) – “Neftçi” (Bakı)
+1=0-3, top fərqi 2-4
5-ci paytaxt derbisinə “Neftçi” üstünlüklə çıxacaq. Bu komandaların görüşlərində qol vuran tərəf qalib gəlir. Yəni hər oyunda yalnız 1 komanda fərqlənir. Son 3 dueldə isə meydan sahibləri qalib gəlir.

14.08.2011 Rəvan (Bakı) - Neftçi (Bakı) 0:1
21.02.2012 Neftçi (Bakı) - Rəvan (Bakı) 1:0
28.10.2012 Rəvan (Bakı) - Neftçi (Bakı) 2:0
10.12.2012 Neftçi (Bakı) - Rəvan (Bakı) 2:0

7. AZAL (Bakı) – “Bakı” (Bakı)
+7=4-7, top fərqi 15-16
Bakı klublarının 19-cu dueli ərəfəsində paytaxtın eyniadlı təmsilçisi yalnız top fərqində öndədir. Rəqiblərin son 3 ilə təsadüf edən 7 matçında qonaq qismində meydana çıxan tərəf qalib gələ bilmir.

10.12.2005 Olimpik (Bakı) - Bakı 0:1
14.05.2006 Bakı - Olimpik (Bakı) 2:0
05.08.2006 Bakı - Olimpik (Bakı) 1:0
11.02.2007 Olimpik (Bakı) - Bakı 0:0
30.09.2007 Olimpik (Bakı) - Bakı 3:0
06.04.2008 Bakı - Olimpik (Bakı) 0:1
04.10.2008 Bakı - Olimpik (Bakı) 3:1
05.04.2009 Olimpik (Bakı) - Bakı 2:1
20.09.2009 Olimpik-Şüvəlan (Bakı) - Bakı 0:1
20.12.2009 Bakı - Olimpik-Şüvəlan (Bakı) 0:0
07.08.2010 Bakı - AZAL (Bakı) 2:3
25.02.2011 AZAL (Bakı) - Bakı 0:0
10.04.2011 AZAL (Bakı) - Bakı 1:0
07.05.2011 Bakı - AZAL (Bakı) 2:1
30.09.2011 Bakı - AZAL (Bakı) 0:0
04.12.2011 AZAL (Bakı) - Bakı 1:0
30.10.2012 AZAL (Bakı) - Bakı 2:1
16.02.2013 Bakı - AZAL (Bakı) 2:0

11 avqust (bazar)
8. “Xəzər Lənkəran” (Lənkəran) – “Simurq” (Zaqatala)
+8=5-1, top fərqi 23-13
15-ci dəfə qarşılaşacaq komandaların görüşündə “Xəzər Lənkəran”ın üstünlüyü böyükdür. Lakin son 3 matçda qalib gələ bilməyən cənublular sonuncu dəfə 2 il əvvəl qələbə sevinci yaşayıb.

21.08.2006 Simurq (Zaqatala) - Xəzər Lənkəran 0:1
21.02.2007 Xəzər Lənkəran - Simurq (Zaqatala) 1:1
02.12.2007 Xəzər Lənkəran - Simurq (Zaqatala) 2:1
28.05.2008 Simurq (Zaqatala) - Xəzər Lənkəran 1:1
29.11.2008 Simurq (Zaqatala) - Xəzər Lənkəran 2:2
16.05.2009 Xəzər Lənkəran - Simurq (Zaqatala) 3:1
23.10.2009 Xəzər Lənkəran - Simurq (Zaqatala) 3:0
09.02.2010 Simurq (Zaqatala) - Xəzər Lənkəran 1:2
15.08.2010 Simurq (Zaqatala) - Xəzər Lənkəran 0:2
13.11.2010 Xəzər Lənkəran - Simurq (Zaqatala) 1:0
16.10.2011 Xəzər Lənkəran - Simurq (Zaqatala) 1:0
25.11.2011 Simurq (Zaqatala) - Xəzər Lənkəran 2:2
20.09.2012 Xəzər Lənkəran - Simurq (Zaqatala) 0:2
10.12.2012 Simurq (Zaqatala) - Xəzər Lənkəran 2:2

9. “Qəbələ” (Qəbələ) – “İnter” (Bakı)
+3=6-11, top fərqi 14-28
Bakılılar 21-ci dəfə qarşılaşacğı “Qəbələ” ilə matçlarda böyük üstünlüyə malikdir. “İnter” son 3 oyunda ardıcıl qələbələr qazanıb.

05.08.2006 Gilan (Qəbələ) – İnter (Bakı) 0:0
12.02.2007 İnter (Bakı) - Gilan (Qəbələ) 2:0
02.12.2007 Qəbələ - İnter (Bakı) 2:1
28.05.2008 İnter (Bakı) - Qəbələ 4:0
30.08.2008 İnter (Bakı) - Qəbələ 1:1
07.03.2009 Qəbələ - İnter (Bakı) 0:1
26.09.2009 İnter (Bakı) - Qəbələ 3:2
24.12.2009 Qəbələ - İnter (Bakı) 0:1
10.04.2010 Qəbələ - İnter (Bakı) 1:1
15.05.2010 İnter (Bakı) - Qəbələ 4:1
19.09.2010 Qəbələ - İnter (Bakı) 0:1
13.11.2010 İnter (Bakı) - Qəbələ 0:0
23.10.2011 İnter (Bakı) - Qəbələ 1:1
11.12.2011 Qəbələ - İnter (Bakı) 0:0
24.03.2012 Qəbələ - İnter (Bakı) 2:1
22.04.2012 İnter (Bakı) - Qəbələ 2:1
10.08.2012 Qəbələ - İnter (Bakı) 1:0
17.02.2013 İnter (Bakı) - Qəbələ 2:1
13.03.2013 Qəbələ - İnter (Bakı) 1:2
19.05.2013 İnter (Bakı) - Qəbələ 1:0

10. “Qarabağ” (Ağdam) – “Sumqayıt” (Sumqayıt)
+2=1-1, top fərqi 10-3
“Qarabağ” əvvəlki 4 matçda üstünlük əldə edib. Bu da ki, ağdamlıların ötən mövsümki qələbələri sayəsində mümkün olub. “Sumqayıt” son 2 matçda rəqibinə böyük hesabla uduzub.

11.09.2011 Sumqayıt Şəhər - Qarabağ (Ağdam) 0:0
05.11.2011 Qarabağ (Ağdam) - Sumqayıt Şəhər 1:2
19.08.2012 Sumqayıt - Qarabağ (Ağdam) 1:6
16.02.2013 Qarabağ (Ağdam) - Sumqayıt 3:0
 

<- Geri  1  2  3  4  5  6  7  8 ... 14Devam -> 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol