Azəri futbolu
azəri futbolu

Xəbərlər

Ən Son Futbol Xəbərləri Burada!
İlk canlı oyun
Murad Eynizadə tarih 01.08.2013, 18:18 (UTC)
 Bu gün Avropa Liqasının 3-cü mərhələsinin 1-ci oyunu olan Qarabağ : Gefle maçı bizim saytımızda hesabımızda yayımladığımız ilk canlı oyun idi. Yaxşı ki, Qarabağ bizi senvindirdi. 89-cu dəqiqədə Reynaldo qolu attı.
 

Cefferson Nelson "ağ-yaşıllar"la müqavilə imzalayacaq
Murad Eynizade tarih 01.08.2013, 15:52 (UTC)
 "Xəzər Lənkəran"ın yeni transferi Cefferson Nelson artıq Bakıya gəlib.

Sportal.az-ın əldə etdiyi məlumata görə, "ağ-yaşıllar"la razılığa gələn afrikalı futbolçu yeni klubu ilə müqavilə imzalayacaq.
 

“Qarabağ” “Tottenhem”lə qarşılaşa bilər
Murad Eynizadə (Mənbə: fanat.az) tarih 01.08.2013, 15:48 (UTC)
 “Qarabağ” “Gefle” səddini aşsa, Avropa Liqasının play-off təsnifat mərhələsində çıxış edəcək. Fanat.az xəbər verir ki, Ağdam klubunun növbəti rəqibi 31 komanda arasından seçiləcək.

“Qarabağ” püşkatmaya zəiflərin yer aldığı “səpələnməmişlər” səbitəndən başlayacaq. Bu isə rəqiblərin güclülərin yer aldığı “səpələnmişlər” səbətindən seçilməsi deməkdi.

Təmsilçimizin potensial rəqiblərindən artıq 12-sinin adı bəllidi. Onlar mübarizəyə məhz bu mərhələdən başlayacaq. Digər 19 komanda isə II təsnifat mərhələsindən gələcək.

Dinamo, Dnepr (hər ikisi Ukrayna), Tottenhem (İngiltərə), Braqa (Portuqaliya), Spartak (Moskva, Rusiya), Fiorentina (İtaliya), Alkmaar (Hollandiya), Beşiktaş (Türkiyə), Genk (Belçika), Betis (İspaniya), Ayntraxt (Almaniya), Feyenoord (Hollandiya).
 

Con Toşak Super Marioya OK dedi!
Murad Eynizadə (Mənbə: futbol11.az) tarih 01.08.2013, 13:19 (UTC)
 "Xəzər Lənkəran" diqqət çəkəcək keçid reallaşdırıb...

Yaranmış gərgin vəziyyəti yaxşılaşdırmaq üçün "Xəzər Lənkəran" klubu məşqçilər korpusuna yeni mütəxəssis cəlb edib. Əslində vəzifə yeni olsa da, ad hamımıza çox tanışdır. Belə ki, vaxtılə "Xəzər Lənkəran" üçün meydanda mübarizə aparan braziliyalı Mario Souza komandanın sırf seleksiya işlərinə nəzarət üçün kluba cəlb olunub. Bu barədə məlumatı komandanın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu da təsdiqlədi.



Əldə etdiyimiz xəbərə görə, Mario Souza mövsüm ərzində izlədiyi futbolçular barədə baş məşqçi Con Bencamin Toşaka məlumat verəcək. Zamanında "Xəzər Lənkəran" üçün çalışmış "Super Mario" indi də bu işini fərqli ampluada davam etdirəcək. Seleksiya işinə başqa namizədlər olsa da, cənub təmsilçisi məhz Mario Souzanı istəyib. Əvvəllər bu postu Zaur Ramazanov tuturdu. Ancaq, hələ Con Bencamin Toşak gəlməmiş, Zaur vəzifəsindən uzaqlaşdırılmışdı. Mario Souza ölkə futboluna yaxşı bələd olan biridir. Belə ki,o, "Xəzər Lənkəran"dan başqa "İnter" və "Simurq" klublarında da oynayıb.
Ölkə çempionu olan, ölkə kubokunun və Birlik kubokunun qalibi Souza hazırda menecer kimi fəaliyyət göstərirdi.
 

Vaqif Cavadov Türkiyə klubunda oynaya bilər
Murad Eynizadə (Mənbə: qol.az) tarih 01.08.2013, 13:17 (UTC)
 Bakının "İnter" klubunun hücumçusu Vaqif Cavadov futbolçu karyerasını Türkiyədə davam etdirə bilər.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin birinci liqa təmsilçilərindən "Bucaspor" millimizin oyunçusu ilə yaxından maraqlanır.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Timur Yaykıran jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, heyəti güclənidirmək üçün hücumçumuzu transfer etmək istəyirlər: "Bu barədə Vaqif Cavadovla danışıqlarımız davam edir".

Qeyd edək ki, bu transfer baş tutarsa, Vaqif həmin klubda oynayan yeganə azərbaycanlı futbolçu olmayacaq. Belə ki, "Bucaspor" bu yay "Qaradağ Lökbatan"ın futbolçu Ramal Hüseynovu transfer edib.
 

“Xəzər Lənkəran”a xəbərdarlıq: Etamedən FİFA-ya şikayət olunub!
Murad Eynizadə (Mənbə: apasport.az) tarih 01.08.2013, 13:14 (UTC)
 “Mbilla Etame artıq bizim futbolçu deyil. O, komandamızla müqaviləsini pozub”. Bu fikirləri apasport.az saytına açıqlamasında Türkiyənin PTT I liqasında mübarizə aparan “Adanaspor” klubunun baş koordinatoru Badel Gülcər deyib.

Adana təmsilçisinin şərəfini qorumuş 25 yaşlı Mbilla Etamenin karyerasını Azərbaycanda davam etdirəcəyi gözlənilir. Belə ki, kamerunlu legioner hücumçu axtarışında olan “Xəzər Lənkəran”ın maraq dairəsinə düşüb.

Amma Mbillya “Adanaspor”dan qalmaqalla ayrılıb. Gülçərin sözlərinə görə, futbolçu qanunsuz olaraq klubla müqaviləsini birtərəfli şəkildə pozub. Bu səbəbdən komanda rəhbərliyi əvvəl Türkiyə Futbol Federasiyasına, sonra isə FİFA və UEFA-ya şikayət edib.

“Onun klubla 2014-cü il mayın 31-dək müqaviləsi vardı. Ancaq Etame “Adanaspor”da qalmaq istəmədiyindən, anlaşmasını özü ləğv etdi. Futbolçunun maddi problemləri yox idi. Ümumiyyətlə, Türkiyədə oynamaq istəmədi. Bunun səbəbini özündən soruşmaq lazımdır” – deyə, baş koordinator bildirib.

Gülçər, həmçinin vurğulayıb ki, Etamenin karyerasını Azərbaycanda davam etdirəcəyi haqda hansısa məlumata malik deyil: “O, sərbəst futbolçu olduğundan hansı komandaya keçməyə artıq özü qərar verəcək”.

Xatırladaq ki, 2008-ci ildən Adana təmsilçisinin formasını geyinən Etame 125 oyunda 55 qol vurub. Türkiyə mətbuatının iddiasına görə, futbolçunu Almaniyanın "Union Berlin" və Türkiyənin "Karşıyaka" klubları da istəyir.
 

<- Geri  1 ...  5  6  7  8  9  10  11 ... 14Devam -> 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol