Azəri futbolu
azəri futbolu

Xəbərlər

Ən Son Futbol Xəbərləri Burada!
Mais Mənsimov: Günahkarlar cəzalanmalıdı!
Murad Eynizade (Mənbə: apasport.az) tarih 27.07.2013, 18:13 (UTC)
 “Komandamızın Avropa Liqasında uğradığı məğlubiyyət hamımız üçün üzücü oldu. Rəhbərlik baş verənlərə görə məsuliyyət daşıyır”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimov deyib.

O, klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsinin İsrail “Makkabi”si (Hayfa) ilə Lənkərandakı oyununda 0:8 hesablı məğlubiyyətə münasibət bildirib.

Mənsimov böyük hesablı məğlubiyyət sonrası atılan addımlar və qarşıda görüləcək işlərə də aydınlıq gətirib: “Hal-hazırda bu məsuliyyətdən irəli gələn tədbirlər təxirə salınmadan həyata keçirilməlidi. Komandaya yönələn bu diqqət və belə bir azarkeş dəstəyi müqabilində alınan uğursuz nəticə günahkarların aşkarlanıb cəzalanmasını tələb edir. “Xəzər Lənkəran”ı ən çətin anlarda tək buraxmayan azarkeşlərimiz qətiyyən buna layiq deyillər. Əminliklə bildirirəm ki, klub rəhbərliyi bu istiqamətdə lazımi nəticələr çıxarmaqla, tam ciddiyyəti üzrə tədbirlər görəcək və bu iş tam olaraq mənim nəzarətimdə olacaq".
 

Julius Vobay da “Neftçi”dən getdi
Murad Eynizadə (Mənbə: apasport.az) tarih 27.07.2013, 16:25 (UTC)
 Syerra-Leone milli komandasının futbolçusu Julius Vobay “Neftçi”dən ayrılıb. Apasport.az saytının məlumatına görə, bakılıların əsas heyətinin yarımmüdafiəçisi karyerasını BƏƏ-də davam etdirəcək.

Afrikalı futbolçu “Əl Şaab” klubuna keçib. “Neftçi” ilə 2 illik müqaviləsi olan futbolçu BƏƏ-də icarə əsasında çıxış edəcək. Bakılılar yarımmüdafiəçisini 1 illik icarəyə verib.

Qeyd edək ki, ötən mövsüm başa çatan kimi müqaviləsi başa çatan Nikolas Kanalesi saxlaya bilməyən “Neftçi” Vobaya qədər baş məşqçisini də itirmişdi. Çempionlar Lıqasının II təsnifat mərhələsinin “Skenderbeu” ilə Albaniyadakı qarşılaşması Vobay kimi Böyükağa Hacıyev üçün də komandada son oyun olub.
 

Nikolas Kanales Çili klubunun hədəfində
Murad Eynizadə (Mənbə: apasport.az) tarih 27.07.2013, 16:23 (UTC)
 Topaz Premyer Liqasının 2012/13 mövsümünün ən yaxşı bombardiri Nikola Kanalesə daha bir klub elçi düşüb. Apasport.az saytının məlumatına görə, Çilinin ən tanınmış klubu “Kolo Kolo” hücumçunu heyətində görmək istəyir.

Ötən mövsüm vurduğu qollarla “Neftçi”ni uğurlara daşıyan çilili legioner 1 illik fasilədən sonra vətəninə dönməyə yaxındır. Belə ki, “Kolo Kolo”nin baş məşqçisi Qustavo Benites 28 yaşlı futbolçunu yanında görmək istəyir. Mütəxəssis BƏƏ-yə üz tutan hücumçu Karlos Munyosun yoxluğunda məhz yaxşı tanıdığı Nikolası transfer etmək istəyir.

2010/11 mövsümündə Çilinin “Palestino” klubunu çalışdırdığı vaxt Kanalesə güvənən paraqvaylı mütəxəssis 1 il ərzində hücumçunun bacarığına şahid olmuşdu. Bu üzdən də indi də Benites onu sərəncamında görmək istəyir.

Lakin Kanalesin Azərbaycanda ən yaxşı bombardir olması “Kolo Kolo”nun planlarına əngəl ola bilər. Belə ki, “Neftçi” ilə müqaviləsinin uzadılması üçün maliyyə şərtlərinin yüksəldilməsini tələb edən hücumçu həmyerlilərinə də qiymət “oxuyub”. Benitesin komandası çətinliklə üzləşsə də yekun qərarını verməyib.

Qeyd edək ki, Kanalesi Çin və Rusiya klubları da heyətində görmək istəyir.
 

Topaz Premyer Liqası
Murad Eynizadə tarih 27.07.2013, 16:13 (UTC)
 Avsqustun 2-dən Topaz Premyer Liqası start götürəcək. İlk tur 2-4 avqust olacaq. Qeyd edək ki, Tpaz Premyer Liqası ilk dəfə 10 komanda ilə olacaq və 4 dövrə olacaq.

Oyunlar isə belədir:
2 Avqust (Qəbələ VS Bakı)
3 Avqust (Neftçi VS Azal)
3 Avqust (Simurq VS Rəvan)
4 Avqust (Sumqayıt VS Xəzər.L)
4 Avqust (İnter VS Qarabağ)

Qeyd edək ki, keçən il Çempionatda iştirak etmiş Turan və Kəpəz bu il çempionatda iştirak etməyəcək.
 

Klublarımız Avropa Liqasında
Murad Eynizadə tarih 27.07.2013, 16:12 (UTC)
 Azərbaycan klubları Avropa və Çempionlar Liqasında Azərbaycana UEFA reytinqdə xal qazandırıb.

Qarabağ:
1.Metallurq 1-0 QALİBİYYƏT +0,250
2.Metallurq 1-0 QALİBİYYƏT +0,250
3.Piast 2-1 QALİBİYYƏT +0,250
4.Piast 2-2 BƏRABƏRLİK +0,125
Cəmi: +0,875

Xəzər-Lənkəran:
1.Sliema 1-1 BƏRABƏRLİK +0,125
2.Sliema 1-0 QALİBİYYƏT +0,250
3.Makkabi Hayfa 0-2 MƏĞLUBİYYƏT
4.Makkabi Hayfa 0-8 MƏĞLUBİYYƏT
Cəmi: +0,375

İnter:
1.Mariehamn 1-1 BƏRABƏRLİK +0,125
2.Mariehamn 0-2 QALİBİYYƏT +0,250
3.Tromse 0-2 MƏĞLUBİYYƏT
4.Tromse 1-0 QALİBİYYƏT +0,250
Cəmi: +0,625

Neftçi:
1.Skenderbeu 0-0 BƏRABƏRLİK +0,125
2.Skenderbeu 0-1 MƏĞLUBİYYƏT
Cəmi: +0,125

Azərbaycan bu il hələlik UEFA reytinqində +2,000 xal, yəni 2 xal qazanıb.
Klublarımızdan yalnız Qarabağ 3-cü mərhələyə vəsiqə qazanıb. Qarabağ UEFA çempionlar liqasında Avropa və Çempionlar liqasında heç uğuru olmayan, heç mərhələ adlamamış "Gefle" klubu ilə qarşılaşacaq.
 

<- Geri  1 ...  7  8  9  10  11  12  13 14 

Devam->

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol