Azəri futbolu
azəri futbolu

Xəbərlər

Ən Son Futbol Xəbərləri Burada!
Kamran Ağayev: “Lənkərana “Barselona” da gəlsəydi, 8 qol buraxmazdıq”
Murad Eynizadə (Mənbə: futbol11.az) tarih 16.08.2013, 04:38 (UTC)
 Azərbaycan milli komandasının qapıçısı, “Xəzər Lənkəran” klubunun sabiq kapitanı Kamran Ağayev şəhərdə rastlaşdığı azarkeşlə ünsiyyət qurub. Bu barədə Futbol11.az saytına həmin azarkeş məlumat verib. Azarkeş bildirib ki, “Xəzər Lənkəran”ın Avropa Liqasındakı uğursuzluğuna Kamran belə şərh verib:


“Xəzər Lənkəran”ın 0:8 hesabı ilə uduzması hər kəsə məlumdur. Lənkərana “Barselona”da gəlsəydi bu klub belə uduzmazdı. “Xəzər Lənkəran” çox nadir hallarda böyükhesabla uduzub”.

Qeyd edək ki, Kamran Ağayev hazırda “Bakı” klubunun uğurları üçün çalışır.
 

“Xəzər Lənkəran”ın ən sərrast oyunçusu: “Durub deyim ki, “Xəzər Lənkəran” “Qarabağ”dan güclüdür?
Murad Eynizadə (Mənbə: futbol11.az) tarih 16.08.2013, 04:37 (UTC)
 Hesabat turunda maraqlı görüşlərdən biri “Baksell Arena”da baş tutacaq. Həmin görüşdə “Qarabağ” “Xəzər Lənkəran”ı qəbul edəcək.

Maraqla gözlənilən matçdan öncə Azərbaycan milli komandasının sabiq üzvü, “Xəzər Lənkəran”ın ən sərrast oyunçusu Zaur Ramazanov Futbol11.az saytına danışıb.



Karyerasının son vaxtlarında “Qarabağ”da qısa müddət forma geyinmiş Ramazanov hesab edir ki, “Qarabağ” görüşün favoritidir: “Qarabağ” bu dəqiqə çox yaxşı formadadır. Yəqin ki, “Xəzər Lənkəran” da başa düşür ki, hansı rəqibə qarşı oynayacaq. İndi durub deyim ki, “Xəzər Lənkəran” “Qarabağ”dan güclüdür? Vaxtilə olub, indi isə yox. “Xəzər Lənkəran”ın qalib gəlmək şansı 30 faizdir. Başqa heç nə”.


Qeyd edək ki, “Qarabağ” ilk iki turda qələbə qazansa da, “Xəzər Lənkəran” hələ bu hissin nə olduğunu bilmir.
 

Qurban Qurbanova çatmağa hələ çox var
Murad Eynizadə (Mənbə: apasport.az) tarih 15.08.2013, 16:37 (UTC)
 Azərbaycan yığmasının bombardirləri siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, Malta ilə yoldaşlıq görüşündə (3:0) ikinci qola imza atan Rauf Əliyev millimizin ən məhsuldar 10 futbolçusu arasında mövqeyini yaxşılaşdırıb.

Bu qarşılaşmayadək hesabında 5 qol olan hücumçu milli karyerasında 6-cı dəfə fərqlənib. Əliyev bununla, 5-ci olan Zaur Tağızadəyə çatıb. Bu 2 futbolçunun hesabında eyni sayda – 6 qol var. Rauf Malta ilə oyunadək şərik olduğu millinin 4 sabiq futbolçusunu arxada qoyub.

Raufun komandamızın heyətində ən çox qol vuran Qurban Qurbanovun rekorduna çatmasına isə hələ çox var. Çünki rekordçumuz Əliyevlə bu siyahıda 2-ci olan Vaqif Cavadovun qollarının ümumi sayı qədər fərqlənib.

1. Qurban Qurbanov - 14
2. Vaqif Cavadov - 8
3-4. Branimir Subaşiç, Elvin Məmmədov - 7
5-6. Rauf Əliyev, Zaur Tağızadə - 6
7-10. Fərrux İsmayilov, Nazim Süleymanov, Vidadi Rzayev, Vyaçeslav Lıçkin - 5
 

Xəzər-Lənkəranda yeni nəfəs
Murad Eynizade (Menbe: sportime.az) tarih 14.08.2013, 05:04 (UTC)
 "Adanaspor"dan Mbılla Etamenı heyətınə qatan "Xəzər Lənkəran"nən növbəti transferi Makedoniya millisinin üzvüdür.

Sporttime.az-ın məlumatına görə, bu, Vançe Şikovdu.

Müdafiə xəttində problemlər yaşayan lənkəranlıların balkanlını heyətinə qatacağı inandırıcı görünür. Karyerası ərzində “Ksanti”, “Olimpiakos”, “Kerkira” və “Apollon”un formasını geyinmiş 28 yaşlı müdafiəçinin son klubu Ukraynada “Volin”dı. Sərt oyunu ilə tanınan futbolçu Toşaka məhz Makedoniya yığmasından tanışdı. Uelsli mütəxəssis burda işlədiyi vaxtda Vançe onun sevimli oyunçularından olub.



“Volın”ın keçmiş vitse-kapitanı indiyə kimi Azərbaycana qarşı da oynayıb. Belə ki, 2010-cu ildə Avstriyada təlim-məqş toplanışında olan komandamız Makedoniyaya 1:3 hesabı ilə uduzduğu oyunda meydanda yer alıb. "Xəzər”ə keçəcəyi halda, cənubluların heyətində ikinci makedon olacaq. Nikola Qliqorovdan sonra.

 

Kamran Abdullazadə: MÜSAHİBƏ
Murad Eynizadə tarih 12.08.2013, 08:19 (UTC)
 -"XƏZƏR-LƏNKƏRAN"IN UĞURSUZLUĞUNUN SƏBƏBİ NƏDİR?
-Bəxtimiz gətirmir. Üstün oyun sərgiləyirik. Amma qol imkanlaından istifadə edə bilmirik. Amma İnşallah komandamızın çıxışı bu il uğurlu olacaq.

-"QARABAĞ" SİZİN 1-1 ETDİYİNİZ "SUMQAYIT"I 5-1 MƏĞLUB ETTİ. "QARABAĞLA OYUN HAQDA NƏ DÜŞÜNÜRSÜÜZ?
-Bu futboldu. Bizim üstün ola bilmədiyimiz komandadan başqası üstün ola bilər!

-BƏS MBİLLA OYUNDA OYNAYACAQ?
-Buna yalnız məşqçi qərar verə bilər!

-SƏNCƏ MBİLLA KOMANDAYA XEYİR VERƏ BİLƏR?
-Bəli. Komandaya onun kimi səviyyəli oyunçular transfer etmək lazımdır!
 

Azərbaycan Premyer Liqasında ilk istefa
Murad Eynizadə (Mənbə: sportal.az) tarih 12.08.2013, 08:01 (UTC)
 Mövsümün startında istədiyi nəticələri qazana bilməyən "Rəvan” baş məşqçi dəyişikliyi həyata keçirib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ilk 2 turdakı məğlubiyyətlərdən sonra Ramil Əliyev istefa ərizəsini rəhbərliyə təqdim edib və rəhbərlik ərizəni qəbul edib.

Artıq onun boşaltdığı postu kimin tutduğu da dəqiqləşib. Yeni baş məşqçimiz Vladislav Qədirovdur.
 

<- Geri  1  2  3  4  5  6  7  8 ... 14Devam -> 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol