Azəri futbolu
azəri futbolu

Xəbərlər

Ən Son Futbol Xəbərləri Burada!
Topaz Premyer Liqası, 1-ci tur: Mircavadovun proqnozu
Murad Eynizadə (Mənbə: azerisport.az) tarih 03.08.2013, 07:00 (UTC)
 Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 1-ci turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb.

BAKI-QƏBƏLƏ:
Yuri Syominin komandası yaxşı hazırlıq keçib. Toplanış zamanı güclü komandalarla oyunlar keçirdilər. “Bakı” da yaxşı toplanış keçdi. Amma çətin ki, bu komanda tam hazır olsun. Müdafiənin mərkəzində problemləri var. Eşitmişəm ki, ispaniyalı müdafiəçi Mario Alvaresi almaq istəyirlər. “Bakı”ya hələ vaxt lazımdı. Ona görə də düşünürəm ki, ilk turda “Qəbələ” qələbə qazanacaq.

SİMURQ-RƏVAN:
Mən “Rəvan”ın bir neçə oyununa baxmışam. Onların sərgilədiyi futbol xoşuma gəlir. “Simurq”un heyətində bu yay çox dəyişiklik oldu. Zaqatalalılar 10-dan çox futbolçusu ilə yollarını ayırdı. Komandada yenilər çoxdu. Onlarasa vaxt lazımdı. Bu görüşdə heç-heçə olacağını düşünürəm.

NEFTÇİ – AZAL:
“Neftçi”də hələ də Çempionlar Liqasındakı uğursuzluqdan sonra gərginlik qalmaqdadı. Üstəlik, baş məşqçi də yoxdu. Amma yenə də AZAL üçün çox çətin oyun olacaq. Fikrimcə, “Neftçi” bu oyunda qalib gəlməlidi.

SUMQAYIT-XƏZƏR-LƏNKƏRAN:
Avropa Liqasındakı uğursuzluqdan sonra cənubluların düşərgəsində vəziyyət psioxoloji cəhətdən çox pisdi. “Sumqayıt”a gəlincə, bu komandada nə kimi dəyişiklib olub, bundan xəbərim yoxdu. Hesab edirəm ki, bu qarşılaşma da sülhlə bitəcək.

İNTER-QARABAĞ:
Bu oyunda “Qarabağ”ın qələbə qazanmaq şansları daha yüksək qiymətləndirirəm.
 

Ceyhun Sultanov rəsmən futbolçu karyerasını başa vurdu
Murad Eynizadə (Mənbə: apasport.az) tarih 03.08.2013, 06:55 (UTC)
 Milli komandamızın sabiq üzvü olan Ceyhun Sultanov rəsmən futbolçu karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin yarımmüdafiəçisi dünən “Bakı” ilə baş tutan görüşün əvvəlində topa toxunuşu edib və bundan sonra meydançanı alqış sədaları altında tərk edib.

“Qəbələ” ilə hələ müqaviləsinin qalmasına baxmayaraq, Ceyhunun dizində olan zədəsi ona futbol oynamağa imkan vermirdi. Bu üzdən futbolçu “Qəbələ”nin yeni mövsüm hazırlıqlarında da iştirak etməmişdi.

Qeyd edək ki, karyerası ərzində “Fərid”, “Neftçi”, “Dinamo”, “Maşinsazi” (Təbriz), “Bakı”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Sumqayıt” və “Qəbələ”də çıxış edib. Millimizdə 16 oyuna 1 qol vuran Ceyhun qışda keçdiyi “Qəbələ”də cəmi 3 matça çıxa bilmişdi.
 

Türkiyədən gələn futbolçu “Xəzər Lənkəran”ın ofisində göründü
Murad Eynizadə (Mənbə: futbol11.az) tarih 03.08.2013, 03:42 (UTC)
 “Xəzər Lənkəran” klubunun növbəti transferini həyata keçirmək üzrə olduğunuxəbər vermişdik. Avropa Liqasında mübarizəni biabırçə şəkildə dayandıran komanda çempionatın startı öncəsi hücum xəttini gücləndirəm niyyətindədir.



Bu məqsədlə son olaraq, Türkiyə birinci liqasında çıxış edən “Adanaspor” klubunun uğurları üçün çalışmış kamerunlu Mbilla Etame Azərbaycana dəvət olunub. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Futbol11.az saytına açıqlamasında deyib ki, oyunçu dünən klubun paytaxt ofisində olub və danışıqlar aparıb.

Əgər danışıqların yekun mərhələsi uğurlu olarsa, onunla iki illik sözləşmə imzalanacaq.
 

Azərbaycanda №1
Murad Eynizadə (Mənbə: apasport.az) tarih 02.08.2013, 03:38 (UTC)
 “Qarabağ” Azərbaycan futbolunda yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi avrokuboklarda ən çox qol vuran klubumuz adını qazanıb. Avropa Liqasının III təsnifat mərhələsinin “Gefle” ilə ilk oyununadək 38 qol vuran komanda 39-cu qolunu isveçlilərin qapısından keçirdi.

Bu matçadək “Neftçi” ilə şərikli göstəriciyə malik olan “Qarabağ” Reynaldo Silvanın qələbə qolu ilə bakılıları da arxada qoydu. Bu göstəricidə 3-cü yerdə “İnter” (21 qol), 4-cü “Bakı” (16), 5-ci “Xəzər Lənkəran”dır (14 qol). Digər komandalar isə 10-dan az qol vurub.

Qeyd edək ki, “Qarabağ” 39 qoldan 36-nı UEFA kuboku/Avropa Liqasında, 1-ni Kuboklar kuboku, 2-ni İntertoto kubokunda vurub. Komandanın ilk qolunu 1996-cı il avqustun 22-də Finlandiyada “MüPA”nın qapısına vurub. Həmin topun müəllifi Bəxtiyar Musayev olub.
 

Azərbaycan “10”u da arxada qoydu
Murad Eynizadə (Mənbə: apasport.az) tarih 02.08.2013, 03:33 (UTC)
 Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın avrokuboklar üçün əmsallar cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu qarşılaşmalardan sonra siyahıda cüzi dəyişikliklər qeydə alınıb.

Azərbaycanın mübarizəni davam etdirən yeganə təmsilçisi “Qarabağ”ın İsveçin “Gefle” klubunu 1:0 hesabı ilə məğlub etməsi ölkəmizin xal hesabını dəyişib. 0,250 xal qazancı əldə edən ağdamlılar cari mövsüm topladığımız xalların ümumi sayını 2,250-yə çatdırıb. Bunun düz yarısı - 1,125-i 4 qələbə və 1 heç-heçəsi olan “Qarabağ”ındır. “İnter” 0,625, “Xəzər Lənkəran” 0,375, “Neftçi” 0,125 xal qazanıb.

Son 5 mövsümdə klublarımızın qazanılanların cəmində isə Azərbaycan “10”u da arxada qoyub. İndi hesabımızda 10,125 xal var ki, bu da futbol tariximizin ən yüksək göstəricisidir. 30-cu pillədəki mövqeyini qoruyan ölkəmiz Slovakiyanı qovur və Gürcüstandan uzaqlaşmağa çalışır. İndi həm izlədiyimiz, həm də izləyicimizlə xal fərqi eynidir – 0,625 xal.

...21 Polşa 17,625 (3 klubu qalıb)
22 Xorvatiya 17,375 (3)
23 İsveç 15,225 (4)
24 Şotlandiya 14,691 (3)
25 Norveç 13.775 (3)
26 Serbiya 13.375 (3)
27 Bolqarıstan 11.750 (2)
28 Macarıstan 11.625 (0)
29 Slovakiya 10.750 (2)
30 Azərbaycan 10.125 (1)
31 Gürcüstan 9.500 (2)
32 Sloveniya 9.375 (1)
33 Moldova 8.750 (2)
34 Bosniya və Herseqovina 7.500 (1)
35... Finlandiya 7.500 (0)
 

Qarabağ 1-0 Gefle
Murad Eynizadə tarih 01.08.2013, 18:19 (UTC)
 Klubumuz Qarabağ bugün avroliqada 3-cü mərhələnin ilk oyununda Reynaldonun 89-cu dəqiqədə vurduğu qolla İsveç Geflesini 1-0 məğlub etti.
 

<- Geri  1 ...  4  5  6  7  8  9  10 ... 14Devam -> 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol